Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son zamanlar əksər sürücülər avtomobilin ön farasındakı qabarit işıqlarına qırmızı lampalar quraşdırırlar. Belə sürücülərdən birinin görüntüsü avtomobildəki kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Videodan da aydın şəkildə görünür ki, 90-YB-375 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü ön faraya qırmızı işıq quraşdırıb.
Hazırda qüvvədə olan "Yol hərəkəti haqqında" qanunun I saylı əlavəsində qeyd olunub ki, geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulması qadağandır. Buna yol vermiş sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilə bilər.
Fərid