Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda qayda pozan sürücülər digər avtomobilə təhlükə yaradıblar. Avtosfer.az xəbər verir ki, görüntünü qeydə alan sürücü sosial şəbəkə hesabında həmin sürücüləri tənqid edib. Hadisə Azadlıq prospektində qeydə alınıb. Belə ki, 90-YG-582 qeydiyyat nişanlı "Toyota" markalı və 99-DQ-653 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüləri yolayrıcının hüdudlarında hərəkət zolaqlarının sərhədini göstərən 1.7 nişanlanma xəttinin tələbini pozaraq görüntünü qeydə alan avtomobilə təhlükə yaradıblar.
Qeyd edək ki, sürücülərin əksəriyyəti yolda bu formada hərəkət edirlər. Hərəkət zolağının sağa və ya sola doğru əyintili hissəsində sürücülər zolaqla hərəkət etmirlər. Onlar gəldikləri kimi düzünə hərəkət edirlər. Bu zaman zolaqdan kənara çıxaraq qaydaları pozurlar.
Fərid
Oxunub 248