Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Kobud şəkildə qayda pozuntusu törədən sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 21-də, paytaxtın Bünyadov Sərdarov küçəsilə Mixail Lermontov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 90-ZH-857 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü B.Sərdarov küçəsindən sola - M.Lermontov küçəsinə dönüb. Sözügedən hər iki küçədə birtərəfli hərəkət təşkil edilməsinə baxmayaraq, sürücü giriş qadağandır nişanının tələbini pozaraq əks yolda axına qarşı hərəkət edib.
Həmin videogörüntünü təqdim edirik.
Fərid