Sürücü görün hansı üsula əl atıb qaydanı pozdu ANBAAN VİDEO

05.02.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində sürücülərdən biri qayda pozmaq üçün qeyri-adi üsuldan istifadə edib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, o, hərəkətdə üstünlük qazanmaq məqsədilə əvvəlcə piyada svetoforunun düyməsini sıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin qırmızı işıqda gözləmələrinə səbəb olub. Ardınca isə özü qoşa xəttin tələbini pozaraq geriyədönmə manevri edib.

Bu cür davranışlar təkcə qayda pozuntusu deyil, eyni zamanda məsuliyyətsizlik, digər hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью