Sürücü güzgüyə baxmadan sağa çıxdı; qəza şəraiti yarandı VİDEO

02.09.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 1-də, Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Belə ki, 99-ER-161 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü sol zolaqda hərəkət edən zaman manevr qaydasını pozub. Qarşısındakı avtomobilin sola manevr etdiyini görən zaman güzgüyə baxmadan sağ zolağa yerdəyişmə edən sürücü görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb. Qəzanın baş verəcəyini görən sürücü qəfil tormoz verərək hadisədən yayınıb.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью