Sürücü heyvanı vurmamaq üçün qayda pozub maşını aşırdı VİDEO | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Agdaş rayonu, Gürcuva kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 9-da səhər saatlarında qeydə alınıb.
Rzayev Hakimin idarə etdiyi 77-YD-126 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəzaya səbəb sürücünün qarşısına iribuynuzlu heyvanın qəfil çıxması olub.
Belə ki, o, heyvanı vurmamaq üçün hərəkətdə olduğu zolaqdan sağa manevr edib və bu vaxt idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı torpaq maneəyə çırpıb.
Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsi sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.
Nərmin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu