Sürücü hündürlükdən yıxılıb öldü Foto

23.11.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində söküntü sahəsində bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, ərazidəki tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin 1996-cı il təvəllüdlü sürücüsü, Xocalı rayon sakini Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью