Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü

16.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda mikroavtobusun sürücüsü sükan arxasında infarkt keçirib. Nəticədə sərnişin dolu nəqliyyat vasitəsi dənizə düşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, sürücü və biri körpə olmaqla, 10 sərnişin dənizə düşən mikroavtobusdan çıxarılaraq xəstəxanaya çatdırılıblar.

Həkimlərin səylərinə baxmayaraq, sürücü həyatını xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью