Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 10-NA-718 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edən zaman keçidi keçən piyadaya yol verməyib. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, piyada addım atıb hərəkətə başlamaq istəyir, lakin sürücünün yol vermək fikrinin olmadığını anlayaraq dayanmağa qərar verib.
Sözügedən videonu təqdim edirik.
Könül Rauf