Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 3-də, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 77-OG-375 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü keçiddə hərəkətə başlamaq istəyən piyadanı görsə də dayanmayıb. Piyada ona yol verilmədiyi üçün məcburi şəkildə dayanmalı olub. Sözügedən avtomobil keçidi keçdikdən sonra digər avtomobillər dayanıb və bundan sonra piyada hərəkət etməyə başlayıb.
Fərid
bax.tvhttps://bax.tv/embed/228520.html