Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 1-də, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, 99-TD-754 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü səkidə parklanma edərək ərazidən uzaqlaşıb. Bu səbəbdən piyadaların hərəkəti çətinləşib.
Qeyd edək ki, səkidə parklanma edilməsinə görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsilə 2 bal 60 manat məbləğində cərimə oluna bilər.
Fərid