Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dayanma-durma qaydasını pozan sürücünün görüntüsünü Bakı sakinlərindən biri qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın İstiqlaliyyət küçəsində qeydə alınıb. Belə ki, 77-VA-553 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü həyətin giriş hissəsində park edərək səkini tamamilə bağlayıb. Videodan da aydın şəkildə görünür ki, bu avtomobilə görə, piyadalar məcburi şəkildə hərəkət hissəsinə düşərək yollarına davam etməli olublar.
Fərid
Oxunub 276