Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 16-da, paytaxtın Mehdi Abbasov küçəsilə Mikayıl Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-ST-472 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcında üstünlüyə malik olan avtomobilin qarşısına çıxıb. Təhlükə ilə üzləşən sürücü səs siqnalı ilə xəbərdarlıq edən zaman, qaydaları pozan sürücü də səs siqnalı verərək etirazını bildirməyə başlayıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Oxunub 22