Sürücü Meqa sığorta şirkətindən şikayətçidir VİDEO

21.08.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Avtomobilini kasko sığorta etdirən sürücü qəza nəticəsində yaranan zərərin hesablanması ilə razılaşmır.

Avtosfer.az xəbər verir ki, bu barədə ''Xəzər TV"yə zərərçəkmiş sürücü Babək Həsənov danışıb.

O deyir ki, bu ayın 16-da Əmircan qəsəbəsində idarə etdiyi avtomobili ağaca çırpıb.

Toqquşmadan sonra nəqliyyat vasitəsinin xüsusilə ön hissəsində ciddi zədələr yaranıb. Avtomobili könüllü sığorta edilsə də, indi dəymiş zərəri ala bilmədiyini iddia edir.

Babək Həsənovun sözlərinə görə, qiymətləndirmə zamanı avtomobilə dəyən bütün zərər nəzərə alınmayıb. O, hesablamanın yenidən aparılmasını və real təmir xərclərinin müəyyənləşdirilməsini istəyir.

Məsələ ilə bağlı ''Meqa'' sığorta şirkətindən bildirildi ki, zərər vətəndaşın razılığı ilə müstəqil ekspert tərəfindən qiymətləndiriləcək və aidiyyəti üzrə icra ediləcək.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью