Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində avtobus sürücüsü yol-nəqliyyat hadisəsi törədib.
Avtosfer.az xəbər verir ki, 81 nömrəli tam orta məktəbin yaxınlığında 118A nömrəli marşrut avtobusu geriyə hərəkət edərkən yol kənarında yerləşən obyektlərdən birinə dəyib.
Hadisə nəticəsində ciddi xəsarət və ya böyük maddi ziyan qeydə alınmasa da, sürücünün ehtiyatsız manevri təhlükəli vəziyyət yaradıb. Baş verən hadisənin görüntüləri kamera ilə qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik.
Eltac Zülfüqaroğlu