Sürücü məsuliyyətdən yayınmaq üçün maşını nömrəsiz sürdü VİDEO

04.12.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xırdalanda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Görüntüdən aydın olur ki, 77-LF-723 dövlət qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü qanunsuz hərəkət edərək nəqliyyat vasitəsinin ön qeydiyyat nişanını çıxarıb.

Bu cür qayda pozuntusu nəqliyyat vasitəsinin identifikasiyasını çətinləşdirdiyi üçün ciddi inzibati məsuliyyət yaradır. Qeydiyyat nişanının qəsdən gizlədilməsi, çıxarılması və ya oxunmaz vəziyyətə salınması qanunvericilikdə ağır pozuntu hesab olunur və sürücüyə qarşı ciddi cərimələrin tətbiqini nəzərdə tutur.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью