Sürücü motosikleti sıxışdırıb təhlükə yaratdı; heç nə olmamış kimi sürüb getdi VİDEO

15.01.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Sumqayıt yolunda manevr qaydasını pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 90-YK-596 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü baş yolda olan nəqliyyat vasitələrinə yol vermədən sol zolağa keçid edib. Bu zaman o, həmin zolaqdakı motosiklet sürücüsünü sıxışdıraraq ona maneə yaradıb. Təhlükəylə üzləşən sürücü ona yaxınlaşaraq “Yol mənimdir, növbəni gözləməlisən” - deyə iradını bildirib. Lakin qayda pozan şəxs kuryerə əhəmiyyət vermədən yoluna davam edib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью