Sürücü nə zolağı düzgün seçir, nə də nişana baxır VİDEO

22.05.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda qaydalara əməl etməyən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 2-də, paytaxtın Nəriman Nərimanov prospektilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 99-AL-939 qeydiyyat nişanlı "Citroen" markalı avtomobilin sürücüsü yol ver nişanının tələbinə əməl etməyərək yolayrıcına daxil olub. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb. O, eyni zamanda gedəcəyi istiqamət üzrə də düzgün zolaq seçməyib. Sola — Abdulla Şaiq küçəsi istiqamətinə gedəcəyi halda sağ zolaqda yerləşib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью