Sürücü növbəni pozdu, sonra isə mübahisə etdi VİDEO

24.02.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda növbəsini gözləməyən sürücü digər insanların qəzəbinə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 6-da, "Socar" yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Belə ki, 77-PB-948 qeydiyyat nişanlı "Lada" markalı avtomobilin sürücüsü yanacaq doldurmağı gözləyən avtomobilin önünə keçərək onun növbəsinə girib. Bundan əsəbiləşən sürücü onun önünə keçərək yanacaq vurmağa başlayıb. Bu zaman növbəni pozmağa cəhd edən sürücü yaxınlaşaraq niyə belə etdiyini soruşub. Onların arasında mübahisə başlayıb. Görüntünü qeydə alan sürücü haqlı iradını bildirirək vəziyyəti izah edib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью