Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 77-RT-968 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq arxadan gələn avtomobillərin yolunu kəsib. Videodan da aydın şəkildə görünür ki, 4-5 metr irəlidə birinci cərgədə dayanmaq üçün 2 yer var. Sürücü yolun kənarında heç kimə mane olmadan da dayana bilərdi. Lakin o, yalnız özünü düşünərək digər insanlara çətinlik yaranmasını üstün tutub.
Fərid
Oxunub 112