Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxt sakinlərindən biri PASHA Insurance (Paşasığorta) şirkətinin fəaliyyəti ilə bağlı narazılığını ictimaiyyətə açıqlayıb.
AzPost xəbər verir ki, sürücü Nəriman Zeynalovun sözlərinə görə, 5 dekabr 2025-ci il tarixində yol-nəqliyyat hadisəsi baş verib və o, icbari sığorta ödənişinin alınması üçün şirkətə rəsmi müraciət edib.
Lakin hadisədən artıq bir ay yarımdan çox vaxt keçməsinə baxmayaraq, hələ də sığorta ödənişi həyata keçirilməyib.
Şikayətçi bildirir ki, bu müddət ərzində dəfələrlə Paşasığortanın qaynar xəttinə müraciət etsə də, ona yalnız “geri dönüş olacaq” deyilib.
Onun iddiasına görə, indiyədək nə rəsmi cavab verilib, nə də problemin nə zaman həll olunacağı ilə bağlı məlumat təqdim edilib.
N.Zeynalov sığorta şirkətinin təklif etdiyi kompensasiya məbləğindən də narazıdır.
O hesab edir ki, aparılan dəyərləndirmə real zərəri əks etdirmir və təklif olunan məbləğ qəza nəticəsində dəymiş ziyana uyğun deyil.