Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində dayanma-durma qaydalarını pozan sürücü qeydə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videogörüntü göndərərək məlumat verib.
Hadisə noyabrın 26-da saat 13:00 radələrində baş verib. Kadrlardan aydın görünür ki, 77-SB-166 dövlət nömrə nişanlı “Changan” markalı avtomobil piyada keçidinin üzərində saxlanılıb. Nəticədə uşaq arabası ilə hərəkət edən şikayətçi keçiddən istifadə edə bilməyib.
İzləyicinin sözlərinə görə, sürücü avtomobilin qəza işıqlarını yandıraraq avtomobildən düşüb və marketə gedib. O, bunu geri qayıdacağına işarə olaraq edib.
Qeyd edək ki, sürücünün qəza işıqlarını yandırması ona avtomobili piyada keçidinin üzərində saxlamaq hüququ vermir. Videoda keçidin yaxınlığında dayanmış digər avtomobillər də görünür. Onların da qayda pozuntusuna yol verib-vermədiyi diqqət çəkir.
Xatırladaq ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin piyada keçidinin üzərində və ya ona 5 metrdən az məsafədə saxlanılması qadağandır.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229280.html