Sürücü qaydaları pozmadığını iddia etdi, görüntülərdə hər şey sübut olundu VİDEO | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir müddət əvvəl Avtosfer.az-a yük maşını sürücüsü tərəfindən şikayət daxil olub.
Şikayətdə sürücü iddia edir ki, şirkətə məxsus avtomobillə ötən il noyabrın 3-də zavodda 39.5 ton (yüklü avtomobilin çəkisi) yük vurub çıxıb.
Noyabrın 4-də isə gecə 02:00-03:00 radələrində Hacı Zeynalabdin qəsəbəsində 40.7 tonla kameraya düşərək 600 manat cərimə yazılıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sürücünün şikayətinə cavab olaraq bildirilib ki, aparılan araşdırmalar nəticəsində sürücü 5-ci oxu yuxarı qaldırdığına görə oxlar üzrə yükün paylanması zamanı nöqsanlar aşkar edilib.
Elə buna görə də, həmin sürücü yalnız 38 ton yük apara bilər.
Lakin şikayət edən sürücü 5-ci oxu yuxarı qaldırmadığını və 5 faizlik güzəştə görə əlavə çəki yükləmək icazəsi olduğunu qeyd edib.
Belə olan halda nə üçün 40,7 ton çəki qeyd olunmasının səbəbini bilmək məqsədilə sualını redaksiyamıza ünvanlayıb.
Tam oxu
Xəbəri oxu