Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən axşam saatlarında "BakuBus" MMC-yə məxsus sərnişin avtobusunda sürücü ilə sərnişin arasında insident yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə 77-JS-475 dövlət nömrə nişanlı 2 nömrəli marşrut avtobusunda baş verib.
Belə ki, Bakının Zivər bəy Əhmədbəyov küçəsində yerləşən dayanacaqda iş saatlarının bitməsi ilə əlaqədar avtobusda sıxlıq müşahidə olunduğu üçün qadın sərnişin avtobusun orta qapısından minmək üçün digər sərnişinlərdən xahiş edib.
“BakıKart” kartını uzatmaqla həm özünün, həm də azyaşlı oğlunun gediş haqqının ödənilməsini istəyib.
Uşağın avtobusa daxil olduğunu görən sürücü dərhal arxa qapıları bağlayıb.
Uşağın avtobusun içində qalması, ananın isə hələ avtobusa daxil olmaması gərginliyə səbəb olub.
Xanım qapının açılmasını, oğlunun orada qalmasını bildirsə də, sürücü xanımın yenidən öndən gəlib ödəniş etməsini tələb edib.