Sürücü sərxoş halda olan piyadanı vurub öldürdü

24.12.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun İmamqlubəyli qəsəbəsi ərazisində baş verib. Ağdam rayon Papravənd kənd sakini Gündüz Şahin oğlu Abdullayevin idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş piyadanı vurub. Avtomobillə vurulan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью