Sürücü svetoforda dayanan maşını vurub qaçdı VİDEO

26.03.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü hadisə yerindən qaçıb. Bu barədə Avtosfer.az-a zərərçəkmiş sürücü bildirib. Onun sözlərinə görə, hadisə martın 25-də, paytaxtın Azadlıq prospektilə Elman Əhmədov küçəsinin kəsişməsində baş verib. Belə ki, 77-HN-818 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü geriyə hərəkət edən zaman 99-GK-691 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə toquşub. Hadisə nəticəsində hər iki avtomobilin bamper hissəsi zədələnib.

Zərərçəkmiş sürücü əraziyə yol polisi əməkdaşlarını çağıran zaman həmin sürücü avtomobilinə minərək hadisə yerindən qaçıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью