Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda qaydaları pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bakı dairəvi yolunun kənar hərəkət hissəsində qeydə alınıb. Belə ki, 88-CK-918 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü Yeni Yasamaldan çıxan zaman yolda yaranmış tıxaca düşməmək üçün qaydaları pozmağı seçib. O, bütöv xəttin tələbini pozaraq əks yola çıxıb və dayanmış nəqliyyat vasitələrini ötərək yolayrıcına qədər irəliləyib.
Sözügedən videonu təqdim edirik.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/228261.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler