Sürücü yolun ortasında qəfil əyləci çəkib maşını əks istiqamətə fırlatdı VİDEO

23.01.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü “TikTok” sosial platformasında paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 17-də saat 10:07 radələrində qeydə alınıb. Belə ki, 10-RU-464 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü sərt manevr edib. Belə ki, əl əyləcini çəkən sürücü avtomobili əks istiqamətdə fırladıb. Bu zaman o, hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yaradıb.

Xatırladaq ki, sürücünün törətdiyi əməldə avtoxuliqanlıq əlamətləri olduğu üçün o, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə məsuliyyətə cəlb oluna bilər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью