Sürücüdən ağlasığmaz hərəkət: Maşını yolun ortasına atıb məktəbə getdi VİDEO

13.01.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü digər avtomobillərin yolunu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində (9 saylı orta məktəbin qarşısında) qeydə alınıb. Belə ki, 77-EQ-126 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək ərazidən uzaqlaşıb. O, bir neçə dəqiqədən sonra avtomobilə yaxınlaşıb. Məlum olub ki, övladlarını məktəbdən götürmək üçün bu üsula əl atıb. Videodan da göründüyü kimi, digər sürücülər yolda hərəkətin məhdudlaşdığını görərək öz narazılıqlarını bildiriblər.

Fərid

Oxunub 110

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью