Sürücüdən təhlükəli manevr: Sıxışdırıb qarşısında qəfil tormozladı VİDEO

08.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 6-da saat 15:55 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-NJ-509 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sol zolağa keçid edən nəqliyyat vasitəsinə məhəl qoymadan onu sıxışdıraraq təhlükəli vəziyyət yaradıb. Daha sonra isə avtomobilin önünə keçirərək qəfil tormoz verib və qəza şəraiti formalaşdırıb.

Qeyd edək ki, hərəkət zamanı digər nəqliyyat vasitəsini bilərəkdən sıxışdırmaq və qəfil qarşısına keçərək əyləci sıxmaq sürücülər arasında aqressiyanı artırmaqla yanaşı, yüksək sürətli yollarda zəncirvari qəzalar üçün ciddi risk yaradır. Bu cür davranışlar bir neçə saniyə ərzində həm maddi zərərlə, həm də ağır xəsarətlə nəticələnə bilər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью