Sürücülər 18 manat əvəzinə gəlirlərinin 1 faizini vergi verəcək

06.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Taksi sifarişi operatorları vasitəsilə işləyən sürücülər üçün verginin hesablanması qaydası dəyişə bilər. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, hazırkı 18 manatlıq sabit verginin əvəzinə operatorun sürücüyə ödədiyi məbləğin 1 faizi həcmində sadələşdirilmiş vergi tutulacaq.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

Nicat İmanov bildirib ki, hazırda sürücülər qazancından asılı olmayaraq, fərqlənmə nişanı alarkən 18 manat vergi ödəyirlər. Təklif olunan qaydaya görə, vergini operator sürücüyə ödəniş edərkən tutacaq. Beləliklə, operatordan 1 800 manatdan az ödəniş alan sürücü 18 manatdan az, bu həddən çox ödəniş alan sürücü isə 18 manatdan çox vergi ödəyəcək.

Dövlət Vergi Xidmətinin hesablamalarına görə, yeni qayda tətbiq olunarsa, bir sürücüyə düşən orta vergi məbləği 18–20 manat civarında olacaq. İmanovun sözlərinə görə, dəyişiklikdən daha az qazanan sürücülər faydalanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью