Sürücülər ağacın arxasında qalan svetoforu görə bilmirlər VİDEO

22.10.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda görünməyən svetofor sürücülər üçün təhlükəyə çevrilib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Şəfaət Mehdiyev küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsindən gedir. Belə ki, ağacların arxasında qalan svetofor sürücülər üçün görünməz vəziyyətə gəlib çıxıb. Həmin istiqamətdə hərəkət edən sürücülər yalnız ağacları keçdikdən sonra svetoforun işıqlarını görə bilirlər. Hətta günün işıqlı saatlarında yolun sol tərəfində quraşdırılmış svetofor obyektinin təkrarının işıqları görünmədiyi üçün vəziyyət daha da çətinləşir.

Gözlənilməz qəzaların baş verməməsi üçün ağacların budanması vacib hesab olunur.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью