Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Köhnə sürücülər arasında uzun illərdir formalaşmış bəzi qeyri-rəsmi yol işarələri var ki, yeni avtomobil idarə edənlərin əksəriyyəti bunların mənasını bilmir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov səsləndirib.
Bəzi hallarda sürücünün yanında əyləşən şəxs avtomobilin pəncərəsindən əlini çıxararaq barmağı ilə xüsusi işarə göstərir. Bu, adətən qarşıdan gələn sürücülərə avtomobildə yüksək vəzifəli şəxs, hüquq-mühafizə orqanı əməkdaşı və ya xüsusi statusa malik birinin olduğu görüntüsünü yaratmaq məqsədi daşıyır.
Aqil Rəhimov bildirib ki, köhnə sürücülər bu cür işarələrin mənasını yaxşı bilsələr də, yeni sürücülər çox vaxt buna əhəmiyyət vermirlər. Belə işarələr heç kimə yol hərəkəti qaydalarını pozmaq hüququ vermir və sürücülər bu cür hallara aldanmamalıdırlar.
"Əgər sürücünün yanında oturan şəxs pəncərədən əlini çıxarıb müəyyən işarə göstərirsə, bu, onların istənilən qaydanı poza biləcəyi anlamına gəlmir. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir və heç bir qeyri-rəsmi işarə qanundan üstün ola bilməz", – deyə Aqil Rəhimov qeyd edib.
Eltac Zülfüqaroğlu