Sürücülər arasında mübahisə düşdü; ikisi də tapança çıxarıb atışdı VİDEO

25.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaşayış binasının həyətində bir-birinə odlu silahdan atəş açan sürücülər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, aprelin 24-də günorta saatlarında İrkutsk şəhəri Piskunov küçəsindəki evlərin birinin həyətində iki avtomobil sürücüsü arasında münaqişə baş verib və bu zaman hər iki şəxs bir-birinə tapançadan atəş açmağa başlayıb.
Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi ətrafdan keçənlərdən heç birinin xəsarət almadığını açıqlayıb. Hadisə yerinin yaxınlığında park edilmiş bir avtomobilə ziyan dəyib.
Polis hadisə iştirakçılarının kimliyini müəyyən edərək onları saxlayıb. Onların əvvəllər bir-birini tanıyan 1992 və 1995-ci il təvəllüdlü yerli sakinlər olduğu məlum olub.
Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
 

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью