Sürücülər arasında yol üstündə dava düşdü; bıçaq və dəbilqəyə əl atdılar VİDEO

07.05.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sürücülər arasında yol üstündə düşən mübahisə davaya çevrilib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisə mobil telefon vasitəsilə görüntülənib.

Belə ki, Pendik Doğu məhəlləsində motosikletçilərlə avtomobil sürücüsü və onun sərnişini arasında yol vermək üstündə mübahisə düşüb. Mübahisə tezliklə davaya çevrilib. Tərəflər bir-birinə yumruqla hücum edib, bir nəfər digərinin başına dəbilqə ilə zərbə endirib. Dava zamanı şəxslərdən biri maşından bıçağı götürərək qarşı tərəfi vuracağı ilə hədələyib. Başqa bir şəxs digər şəxsi zorla yerə yıxaraq döyüb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью