Sürücülər bu əraziyə işıqfor quraşdırılmasını tələb edir | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərində sürücülər "Gold Qayalı" marketinin qarşısında işıqfor quraşdırılmasını tələb edirlər.
Milli.Az-ın məlumatına görə, sözügedən ərazidə işıqforun olmaması tez-tez tıxacların yaranmasına səbəb olur.
Belə ki, ətrafda bir neçə marketin yerləşməsi səbəbindən günün əksər saatlarında burada nəqliyyat axını yüksək olur.
Bu isə xüsusilə pik saatlarda sıxlığın artmasına gətirib çıxarır.
Sürücülər və sakinlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün ərazidə işıqforun quraşdırılmasının vacib olduğunu vurğulayır və aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər.
Mina Mikayılova Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu