Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək

24.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlayaraq istifadə etməsi inzibati xəta hesab olunur.

Milli.Az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, avtomobil hərəkətdə olarkən telefonla danışmaq sürücünün inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.

Belə ki, sürücülərin avtomobil idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etməsina görə 50 manat cərimə nəzərdə tutulur.

Müəllif: Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью