Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb.Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 99-ZU-599 qeydiyyat nişanlı "Range Rover" markalı və 90-SG-236 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüləri ikinci cərgədə parklanma edərək qaydaları pozublar. Videodan da aydın şəkildə görünür ki, yolun sağ kənarında dayanmaq üçün kifayət qədər boş yerlər var.
Məlum olduğu kimi, avtomobilin ikinci cərgədə parklanması yol hərəkəti qaydalarının pozulması hesab olunur və belə hallar həm digər sürücülər, həm də piyadalar üçün təhlükə yaradır. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini yalnız icazə verilən yerlərdə park etsinlər və yol hərəkətinin təhlükəsizliyinə maneə yaradan davranışlardan çəkinsinlər.
Fərid