Sürücülər bu yolda qırmızıya düşməmək üçün görün nə edir Kütləvi qayda pozuntusu VİDEO

16.11.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda sürücülər kütləvi şəkildə qaydaları pozurlar. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Üzeyir Hacıbəyli küçəsindən (əvvəlki Cavanşir körpüsünün yanından) gedir.

Belə ki, Yusif Səfərov küçəsindən gələn sürücülər qırmızı işığa düşməmək üçün yolayrıcına çatmamış sağa dönürlər. Daha sonra isə qarşıdan sola çıxaraq əsas yolda hərəkət edən avtomobillərə təhlükə yaradırlar.

99-TV-348 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü də qeyd etdiyimiz istiqamətdən gələrək yolun soluna keçmək istəyib. Bu zaman həm bütöv xəttin tələbini pozub, həm də arxadan gələn avtomobillərin qarşısını kəsərək onlara təhlükə yaradıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью