Sürücülər bu yoldan fəryad edir: Maşınların buferi qırılır VİDEO

17.03.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Babək prospektində yolun vəziyyəti sürücülər üçün ciddi problemlər yaradır. Asfalt qatının yararsız hala düşməsi avtomobillərə ziyan vurur və bu, sürücülərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı avtomobil ustası kimi tanınan Sahil usta öz sosial şəbəkə hesabında videogörüntü paylaşıb. O, idarə etdiyi avtomobillə həmin yoldan keçərkən qarşılaşdığı çətinliklərdən danışıb. Onun sözlərinə görə, yol örtüyündəki deformasiyalar səbəbindən avtomobilinin buferi zədələnib. Sahil usta bildirir ki, bu, təkcə onun yox, digər sürücülərin də üzləşdiyi problemdir.

O, yolda yaranan problemlərin qısa zamanda aradan qaldırılmasının vacib olduğunu vurğulayıb və yola cavabdeh olan qurumlara səslənib.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью