Sürücülər diqqətli olmalıdır...

03.07.2026

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Havaların günbəgün istiləşməsi bir  problemlərin yaranmasına səbəb olur. Belə ki, isti havalarda kondisioner sistemi işləməyən nəqliyyat vasitələrində  uzaq səfərlər getmək bir o qədər də asan deyildir.Bu, həm sürücüyə, həm də  sərnişinlərə çətin anlar yaşadır!

Xüsusilə də sərnişin daşıyan avtobus, mikroavtobus sürücüləri belə havalarda daha diqqətli olmalıdır.Ən azından ona görə ki, kondisioner sistemi olmayan avtobusda isti havalarda sürücülər sükan arxasında  yatır və nəticədə ağır qəzalar baş verir.Elə sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücüləri var ki, onlar 16 saat, bəzən də daha çox sükan arxasında olurlar. Təbii ki, istirahat etmədən avtomobili idarə etmək birmənalı olaraq təhlükəlidir.

Təəssüf ki, bu problemi əksər sürücülər nəzərə almır, dincəlmədən sükan arxasında əyləşib, sərnişin daşıyırlar. Elə avtomobil sürücüsü var  ki,bir gündə Qazağa gedib- qayıdır.Bu nə deməkdir? Bu , o deməkdir ki, sürücü bilə- bilə özünü ölümün içinə atır! Əlbəttə, sernişin daşıyan hər bir sürücünün idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır.Üstəlik də avtomobillər qış  və yay mövsümünə uyğun olmalıdır. Yəni yayda bütün nəqliyyat vasitələrində kondisioner işləməli, sürücülər yorğun halda sükan arxasında əyləşməməlidir!!!

Emil FAİQOĞLU  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью