Sürücülər, diqqətli olun! Bakının bu hissəsində yenilik var

16.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Binəqədi rayonunda daha bir kəsişmədə nəqliyyatın hərəkəti ilə bağlı yenilik edilib. Sürücülər və piyadalar üçün təhlükəsizliyi artırmaq məqsədilə yeni svetoforlar quraşdırılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində, "Köhnə trolleybus parkı"nın yaxınlığında yerləşən "Tayqa" kəsişməsində ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb. Toyuqlu pizza

Mərkəzdən qeyd olunub ki, kəsişmədə nəqliyyat sıxlığı və qəza riskləri nəzərə alınaraq simulyasiya proqramı vasitəsilə təhlillər aparılıb. Nəticədə 3 ədəd “L” və 3 ədəd “A” tipli svetofor quraşdırılıb.

Yeni svetoforlar Atatürk və Ziya Bünyadov prospektləri, eləcə də digər istiqamətlərdən gələn avtomobillərin kəsişməyə daha təhlükəsiz daxil olmasına şərait yaradacaq. Həmçinin piyadaların hərəkətinin nizamlanması təmin olunub.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью