Sürücülər maşını səkidə park edib mağazanın girişini bağladı VİDEO

26.01.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xırdalanda qaydaları pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan biri Qalubiyyə küçəsində qeydə aldığı videogörüntünü redaksiyamızın qaynar xəttinə göndərib. Belə ki, 99-UU-218 qeydiyyat nişanlı "Khazar" markalı, 10-VM-133 qeydiyyat nişanlı "KIA" markalı və 90-XA-101 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillərin sürücüləri səkidə parklanma edərək qaydaları pozublar. Eyni zamanda avtomobilləri mağazanın pilləkanları qarşısında park edildiyi üçün piyadaların hərəkəti məhdudlaşıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Oxunub 0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью