Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir. Avtomobilinizi təmiz saxlamaq onun uzunömürlü olması üçün vacibdir.
Lakin düzgün yuyulmadıqda kuzovda ləkə, cızıq və boya zədələri yarana bilər.
Avtosfer.az avtomobil yuyulması zamanı ən çox edilən səhvləri və onların qarşısını almaq yollarını təqdim edir. 1.
Təsadüfi avtoyuma məntəqəsinə getmək: Avtomobilinizi etibar etdiyiniz və keyfiyyətli xidmət göstərən yerdə yuyulmasına əmin olun.
Bəzi avtoyuma məntəqələri ucuz kimyəvi maddələrdən və fırçalardan istifadə edərək avtomobilin boyasına ciddi ziyan vura bilər.
Əgər etibarlı avtoyuma tapa bilmirsinizsə, avtomobili özünüz yumalısınız. 2.
Yanacaqdoldurma məntəqələrində avtomatik avtoyuma xidmətindən istifadə etmək: Avtomatik yuma sistemləri rahat görünsə də, fırçalar avtomobilin boyasını cıza bilər.
Xüsusilə yeni avtomobillər üçün bu üsul tövsiyə edilmir. 3. Avtomobilin fırça ilə yuyulması: Fırçalar avtomobilin üzərində kiçik cızıqlar ya