Icma.az, Avtosfer saytına istinadən bildirir. Yol polisi əməkdaşlarının bu qədər cərimə və xəbərdarlıqlarına baxmayaraq, paytaxtın küçə və p
Avtosfer.az xəbər verir ki, analoji hal Yasamal rayonu, Bəsti Bağırova küçəsində də yaşanıb.
Belə ki, vətəndaşalrdan biri bu barədə “WhatsApp” nömrəmizə şikayət edib.
O bildirib ki, dünən 12:00-13:00 aralığında 99-XL-448 dövlət nömrə nişanlı “VAZ” markalı və 90-TL-074 dövlət nişanlı “Porsche” markalı avtomobilin sürücüləri dayanma-durma qaydasını pozub.
Nəticədə, ərazidən keçən piyadalar çətinlik yaşayıblar. Şikayətçinin sözlərinə görə, sürücülər maşını park edərək ərazidən uzaqlaşıblar.
O, eyni zamanda sürücülərin mütəmadi olaraq həmin yerdə saxladıqlarını əlavə edib.
Qeyd edək ki, sözügedən küçədə avtomobillər park edilməsi üçün parklanma yerləri mövcuddur.
Fidan Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.