Sürücülər qayda pozan piyadaları keçidə getməyə məcbur etdilər VİDEO

19.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Qaradağda piyadaların qaydaları kobud şəkildə pozması sürücüləri əsəbiləşdirib.

Avtosfer.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsindəki marketlərin önündə piyadaların yolu “zebra”dan keçməməsi sürücülərdə narazılıq yaradıb.

Belə ki, Bakı-Şamaxı-Yevlax yolunun qəsəbə ərazisindən keçən hissəsində DYP postunun yaxınlığında 2 xanım piyadanın keçiddən yox, marketin qarşısından yolu keçməsi birmənalı qarşılanmayıb. Sürücülər piyadalara iradlarını bildirmək üçün avtomobillərini dayandırıb və onları keçiddən istifadə etməyi təklif edib.

Sürücülərin fikirlərinin doğru olduğunu və qanunu pozduqlarını bilən piyadalar “zebra”ya doğru irəliləməyə məcbur olub.

Noyabrın 8-i günorta saatlarında baş verən hadisə anı avtomobillərdən birinin videoregistratoru tərəfindən qeydə alınıb.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью