Sürücülər “Qız qalası”nın ətrafını parkinqə çevrib FOTO | Icma.az
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxt ərazisində sürücülər artıq parklamaq üçün ən unikal yerləri seçirlər.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunun bəzi küçələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi piyadayönümlü ərazilərə çevrilsin deyə bir çox addımlar atılır.
Ölkə başçısının yanvar ayında Bakının nəqliyyatinfrastrukturu ilə bağlı təsdiqlədiyi fərmanda növbəti 5 il üçün nəzərdə tutulan dəyişiklərlə əlaqədar ciddi layihələrin gerçəkləşdirilməsi planlaşdırılır.
Bu planla bağlı uzun müddətdir bütün medialarda məlumatlar da paylaşılır.
Buna baxmayaraq, Bakının nəqliyyat vasitəsi idarəçisi olan sakinləri hələ də yeni qanunlara uyğunlaşa bilmir.
Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki “Qız qalası”nın qarşısından keçən Qüllə küçəsinin kənarında parklanma üçün icazə verilməyən ərazidə maşınlar saxlayır.
Fevral ayında 77-UR-893 qeydiyyat nişanlı “Changan” markalı avtomobilin həmin yerdə parklanması ilə bağlı xəbər dərc etmişdik.
Tam oxu
Xəbəri oxu