Sürücülər şarj məntəqələrini xarab edib başqalarını aldadır ÇARƏ NƏDİR? VİDEO

27.02.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkədəki elektrik doldurma məntəqələrində yaranan problem son günlər daha da artıb.

Avtosfer.az xəbər verir ki, analoji hal Bakıda da təkrarlanıb. Belə ki, paytaxtın Xətai rayonu, Babək prospektində quraşdırılan şarj məntəqəsindəki vəziyyət sürücülərin narazılığına səbəb olub. Bəzi sürücülər avtomobilləri üçün məntəqdən istifadə etdikdən sonra cihazı söndürərək digər sürücülərə çaşqınlıq yaradır. Bu da sürücülər arasında narazılıq doğurur.

Mövzu ilə bağlı “Azərişıq” ASC-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşlar tərəfindən şikayətlər artmaqdadır: “Problemin həlli ilə əlaqədar sürücülərin maarifləndirilməsi istiqamətində platforma hazırlanır. Yaxın günlərdə platforma vətəndaşlara təqdim ediləcək”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью