Sürücülər üçün yeni sınaq: Kimlər imtahana hazır deyil?

03.11.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda sürücülər və beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyət göstərən məsul şəxslər üçün imtahanların keçirilməsi nəzərdə tutulur. Bu addım nəqliyyat sektorunda peşəkarlıq səviyyəsinin artırılması, sürücülərin bilik və bacarıqlarının yoxlanılması, eləcə də beynəlxalq daşımalar zamanı təhlükəsizlik tələblərinə əməl olunmasının təmin edilməsi baxımından diqqət çəkir. Bəs bu imtahanların əsas məqsədi nədir və qiymətləndirmə yol hərəkəti təhlükəsizliyinə hansı töhfəni verə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan əsədov bildirib ki, imtahanların keçirilməsi hər zaman müsbət qiymətləndirilməlidir:

"Çünki imtahanlar insanların bilik və bacarıqlarının yoxlanılması, potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin burada əsas məqam imtahan prosesinin etibarlı və dayanıqlı sistem əsasında təşkil olunmasıdır. İnsan imtahan vasitəsilə öz potensialını qiymətləndirir, bilik və bacarıqlarını təkmilləşdirir, eyni zamanda zəruri istiqamətlər üzrə fəaliyyət prinsiplərini müəyyənləşdirir. Məsələn, yol hərəkətinin təşkili sahəsində keçirilən imtahanların özünəməxsus meyarları mövcuddur. Bura vətəndaşların hazırlıq səviyyəsi, məmnuniyyəti, yollarda davranış qaydaları, eləcə də beynəlxalq daşımalarla bağlı tələblər daxildir. Bütün bu amillər bir-biri ilə sıx əlaqəlidir və vahid sistem çərçivəsində qiymətləndirilməlidir. Düşünürəm ki, yaxın gələcəkdə bu yanaşmadan nəqliyyat axınlarının idarə olunması, yol hərəkətinin təşkili və nəqliyyat prosedurlarının təkmilləşdirilməsi, eləcə də tıxacların aradan qaldırılması istiqamətində səmərəli şəkildə yararlanmaq mümkün olacaq".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью