Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması bir çox ölkədə müşahidə olunan haldır. Keçmiş SSRİ məkanında da bu hala çox rast gəlinir. əgər sovet dövründə bunu nasosdakı hansısa dişli çarxı dəyişərək icra edirdilərsə, indi daha müasir üsullar tətbiq edlir.
Avtosfer.az xəbər verir ki, Rusiyanın Stavropol diyarında sürücülərin aldadılması ilə bağlı hüy-küylü məhkəmə prosesi başa çatıb. Məlum olub ki, yanacaqdoldurma məntəqəsində sürücüləri aldatmaq üçün avadanlıqlara xüsusi virus yerləşdirilib. Bu işə tanınmış hakerlər cəlb edilib. Zərərli proqram təminatı nəticəsində hər sürücüyə 3-5 faiz daha az yanacaq verilib. Bunu isə ilk baxışda, xüsusi alət olmadan aşkarlamaq mümkün deyil.
İstintaq materiallarına görə 3 il ərzində sürüclərə bu yolla azı 60 milyon rubl (1,3 milyon manat) ziyan vurulub. İstintaqa 17 yanacaqdoldurma məntəqəsinin rəhbərləri, menecerləri və kompüter mütəxəssisləri cəlb edilib.
Birinci instansiya məhkəməsinin hökmü ilə onların çoxu 7 ildən 14 ilədək azadlıqdan məhrum edilib, 2 nəfər şərti cəza alıb.
Vüqar